Ukrayna müdafiə müharibəsi aparır, rus artilleriyasını dinc əhaliyə qarşı istifadə olunmaması üçün lazımi məsafəyə doğru sıxışdırır. Eyni zamanda, Rusiyaya əsgər ehtiyatlarını bütün cəbhə xətti boyunca səmərəli şəkildə nəql etməyə imkan verən logistika marşrutlarını kəsməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Kursk vilayətinə hücumun 4 siyasi məqsədini açıqlayarkən deyib.
"Onlar nə baş verdiyini başa düşə bilmir, tez, effektiv qərarlar qəbul etmək iqtidarında deyil və öz hərəkətləri ilə vəziyyətə çox az nəzarət etdiklərini bir daha sübut edirlər. Kursk vilayətinə girəndə insanların necə şoka düşdüyünü gördük: onlar başqa reallıqda yaşayırlar. Onlara elə gəlir ki, müharibə artıq Avropa ölkələrinin ərazisində gedir, lakin onlar üçün risk yoxdur. İndi onlar tamam başqa vəziyyət görürlər. Təbii ki, bütün bunların Rusiya üçün ağır sosial nəticələri olacaq", - o bildirib.
Podolyak vurğulayıb ki, Ukrayna Kursk vilayətinin ərazisini işğal etməyi qarşısına məqsəd qoymur, məhz müdafiə çərçivəsində müharibə aparır və yalnız hərbi obyektləri məhv edir:
"Sosial obyektlər Rusiya Federasiyasının nəzarətində qalır - onların Ukrayna üçün heç bir dəyəri yoxdur".
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək