Avqustun 14-nə keçən gecə Ukrayna Rusiyanın dörd hərbi aerodromuna hücum edib.
BUTA.TV xəbər verir ki, əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukrayna Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə birlikdə həyata keçirib.
Qeyd olunur ki, Rusiyanın Voronej, Kursk və Nijni Novqorod vilayətlərindəki aerodromlar hücuma məruz qalıb:
"Xüsusilə “Xalino”, “Savasleyka”, “Borisoqlebsk” və “Baltimor” hərbi aerodromları vurulub. Bu aerodromlarda ordu aviasiyası, Su-34 qırıcı-bombardmançı, Su-35 qırıcıları və digər düşmən hərbi təyyarələri yerləşir. Əsas məhvetmə hədəfləri yanacaq-sürtkü materialları və aviasiya silahları üçün anbarlar olub".
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi