Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Deputatlığa namizədlər arasında iddialı şəxslərdən biri də Güləli Qəhrəman oğlu Bağırovdur. 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olan Bağırovun əsas rəqibləri namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmüş Leyla Babışova, Akif Nağı və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur.
Güləli Bağırov Konkret.az-a açıqlamasında seçki platforması haqqında məlumat verib:
“Platformamızda əsasən şəhid və qazi ailələrinin sosial problemlərinin həllini özündə ehtiva edən məqamlar yer alıb. Qeyd etmək istəyirəm ki, Milli Məclisə seçilsəm, Azərbaycanda ilk dəfə olaraq cavabdeh olduğum ərazilərdə deputat ofisləri təşkil ediləcək. Bu ofislər müasir avadanlıqlarla təchiz olunacaq. Vətəndaşlar rahatlıqla həmin ofislərə yaxınlaşaraq şikayətlərini bildirəcəklər və mərkəzi ofisimizə məlumat çatdıqdan sonra müvafiq qurumlarla məsələni həll etməyə çalışacağıq”.
G.Bağırov təbliğat-təşviqat prosesi barədə də danışıb:
“124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi digərlərindən fərqlənir. Burada 93 məntəqə yerləşir ki, bu da 45 rayonu əhatə edir. Bizə sözügedən prosesə görə 20 gün vaxt verilib. Hər gün 2 rayona səfər etsək belə, fiziki olaraq bütün bölgələrdə insanlarla görüşə bilməyəcəyik. Ancaq yenə də Bakı, Sumqayıt, Şuşa, Ağdam, Neftçala və digər rayonlarda seçicilərlə görüşməyə çalışırıq. Həmçinin sosial media və şəbəkələr üzərindən də aktiv fəaliyyətdəyik. Keçirilən onlayn sorğularda da ilk pillədə qərarlaşmışam. 2015-ci ildə də namizəd idim, “exit poll”un nəticələrolacaq. ə ilk pillədə qərarlaşmışdım. Seçkilər şəffaf və ədalətli olarsa, bu dəfə də qalib gələcəyimə şübhə yoxdur”.
Müsahibim əsas rəqiblərindən birinin Polad Bülbüloğlu olduğunu deyib:
“Əsas rəqiblərim Polad Bülbüloğlu, YAP tərəfindən namizədliyi irəli sürülmüş Leyla Babışova, həmçinin Qarabağ qazisi Hamlet Gülməmmədov və Akif Nağıdır. Hamlet bəy də aktiv şəkildə seçicilərlə görüşür. Lakin ciddi rəqibim Polad Bülbüloğludur. O, Azərbaycanda yetərincə tanınan, məşhur şəxsdir.
Lakin bir məsələ var. İstəyirəm onun üzərində xüsusi dayanaq. Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də anadan olub. Təsəvvür edin, həmin ildə Yalta konfransı keçirilib. Stalin, Ruzvelt və Çörçil Yaponiyaya qarşı danışıqlar aparıb. Bunu ona görə xüsusi vurğulayıram ki, Polad Bülbüloğlunun yaşlı olduğunu diqqətə çatdırım. Yaşlı bir insan kimi onun hansı enerjisi ola bilər ki, seçiciləri ilə müntəzəm görüşlər keçirsin, onların problemlərinin həlli istiqamətində gərgin işlər görsün? Təbii ki, onun fiziki imkanları buna mane olacaq. Elə götürək ABŞ prezidenti Baydeni. Yaşına görə növbəti seçkilərə buraxılmadı. Polad Bülbüloğlu da Bayden yaşındadır.
İstərdim ki, Polad Bülbüloğlu insanların yaddaşında bir sənətçi və bəstəkar kimi qalsın. Milli Məclis müğənnilərin yeri deyil. Orada iqtisadçılar, hüquqşünaslar təmsil olunmalıdır. ABŞ Senatına nəzər saldıqda görürük ki, oradakıların 72%-i hüquqşünasdır. Mən də Türkiyədə və Avropada təhsil almışam. Dediyim kimi, 79 yaşlı insanın siyasətdə yeri yoxdur. Yaxşı olardı ki, gedib nəvələri ilə oynasın, kitab yazsın”.
O, Polad Bülbüloğlunun vaxtilə ciddi siyasi səhvlər etdiyini diqqətə çatdırıb:“Mənim Polad bəyə hörmətim sonsuzdur. Amma o, II Qarabağ müharibəsi zamanı ciddi siyasi səhvlər edib. Polad Bülbüloğlu ermənilərə mədəni muxtariyyət verilməsinin tərəfdarı idi. Mənə isə jurnalistlər sual verəndə birmənalı olaraq demişdim ki, yalnız və yalnız müharibə etməliyik. Onun atasının heykəlini Şuşada gülləbaran ediblər, lakin o, ermənilərə muxtariyyətdən danışırdı. Təbii ki, bu, doğru deyildi.
Digər rəqibim Leyla Babışova haqqında isə onu deyə bilərəm ki, gənc kadrdır, Azərbaycan xanımıdır, YAP-ın Şuşa rayon təşkilatının sədr müavinidir. Onu şəxsən tanımıram. Haqqında da heç nə deyə bilmərəm. Akif Nağıya böyük hörmətim var. Onu bir dəfə Şuşa-Qarabağ futbol klubunun tədbirinə dəvət etmişəm və gəlib məmnuniyyətlə iştirak edib. Ona görə də aramızda hörmət yaranıb”
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək