Avqustun 15-dən 17-si gündüzədək gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
O bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları və hava proznozlarını diqqətlə izləməlidir:
"Respublikanın bəzi ərazilərində avqustun 15-dən 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi və sarı xəbərdarlığa uyğun olaraq külək əsəcəyi proqnozlaşdırılır. Gözlənilən intensiv yağıntılarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlarımızı daha diqqətli və ehtiyatlı davranmağa çağırırıq".
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi