HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda 31 iyulda qətlə yetirilməsindən sonra İranın İsrailə tezliklə zərbə endirəcəyi bildirilsə də, bu, baş vermədi. Belə ki, ən geci 12 avqusta qədər İranın hücuma keçəcəyi haqda “kəşfiyyat məlumatları” da özünü doğrultmadı.
BUTA.TV xəbər verir ki, aradan keçən 14 gün müddətində İran rəsmilərinin bütün təzyiqlərə baxmayaraq, hədələri dayanmayıb və bəzən “yaxın 24 saatda zərbə endiriləcək” informasiyasının mənbəyi elə adı açıqlanmayan İran hərbçiləri olub.
Hazırda davam edən “informasiya savaşı”nın mahiyyəti haqda erməni hərbi ekspert Karen Ovannisyan diqqətçəkən açıqlama yayıb. O bildirib ki, İran bütün zamanların ən yaxşı hərbi kəşfiyyatına malik olan dövlətdir (buna baxmayaraq, bu “yaxşı kəşfiyyat” İsmayıl Haniyənin Tehranda qətlinin qarşısını ala bilmədi – red.).
Onun fikrincə, İran bu informasiyalarla düşmənini taqətdən salmağa, rəqibini zəiflətməyə çalışır:
“İsraili psixoloji terrora məruz qoyur. Uzun müddətdir ki, İsrailin quru və hava hücumundan müdafiəsi yüksək döyüş rejimindədir. Bəzi təhlillərə görə, İsrail daimi döyüş hazırlığında qalmaq üçün saatda külli miqdarda pul xərcləyir”.
O iddia edib ki, İran qalib gələcəyinə əmin olmayana qədər zərbə endirməyəcək:
“İran hazırda öz rəqibini milyardlarla dollar xərcləməyə məcbur edir ki, bu da təbii olaraq zəifləməyə gətirib çıxaracaq. İran İsrailin külli miqdarda pul xərcləməsi səbəbindən müqaviməti zəifləyəndə zərbə endirəcək”.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək