Rusiyada Ukraynaya işləyən qadın hərbçi saxlanıldı

13:44 - 13 Avqust 2024 - GÜNDƏM

 Rusiyada Ukraynaya işləyən qadın hərbçi saxlanıldı

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi hissələrindən birinin əməkdaşı dövlətə xəyanətdə və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarına məlumat ötürməkdə şübhəli bilinərək saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə idarəsi məlumat yayıb.

“Müəyyən edilib ki, Rostov sakini olan qadın “Siqnal” mesenceri vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əlaqə saxlayıb. Ukrayna tərəfinin göstərişi ilə 2023-cü ilin yanvarında o, Cənub Hərbi Dairəsinin hərbi hissələrindən birində xidmətə başlayıb və burada rayonun tərkibinə daxil olan arsenallar, bazalar və anbarlar haqqında müxtəlif növ məlumatlar toplayıb. O, messencerdə yazışmalar zamanı toplanmış məlumatları xarici kəşfiyyat xidmətinə ötürüb. Şübhəli saxlanılıb”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol