Keçmiş SSRİ məkanında hərbi xərclərə ən çox pul ayıran ölkələr Azərbaycan və Ermənistandır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu nəticə İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı “Militarlaşmanın müasir trendləri” hesabatında yer alıb.
Məlumata görə, Ermənistan ümumdaxili məhsulunun 4,2%-ni, Azərbaycan isə 3,8%-ni hərbi xərclərə ayırır. Gürcüstanda bu göstərici cəmi 1,3% təşkil edib. Lakin 2008-ci ildə hərbi xərclərin ÜDM-yə nisbətdə payı 6,6% azalıb. Ermənistanda bu göstərici 0,7%, Azərbaycanda isə 0,5% artıb.
Azərbaycanın qonşuları olan Rusiyada hərbi xərclər ÜDM-nin 2,4%-ni, Türkiyədə 0,7%-ni, İranda isə 2,2%-ni təşkil edib.
Dünyada bu məsələ üzrə əsas lider isə Şimali Koreya sayılır. Pxenyanın hərbi xərcləri ÜDM-sinin 24%-ni təşkil edib. Əfqanıstanda bu göstərici 10%, Omanda isə 5,9% olub.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video