Avqustun 2-i və 3-də ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsi İrəvanın Zavrtnots hava limanına enib.
BUTA.TV xəbər verir ki, bu barədə avqustun əvvəllərində "Caliber" eksklüziv məlumat yayıb. Eyniadlı Yutub kanalında bu axşam yayımlanan süjetdə isə həmin təyyarələrin görüntüləri əks olunub.
Bildirilib ki, "Boinq C17" təyyarələri hərbi yüklə yanaşı Ermənistana ABŞ ordusunun şəxsi heyətini də gətirib. Hərbçilərin çoxu ABŞ Silahlı Qüvvələrində xidmət edən erməni əsilli şəxslərdir. Diqqəti cəlb etməmək üçün onlar Ermənistan ordusunun geyimləri ilə təchiz olunublar.
Daha ətraflı aşağıdakı videomaterialda:
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi