Donald Tramp ABŞ hökumətini məhkəməyə verir

19:38 - 12 Avqust 2024 - GÜNDƏM

 Donald Tramp ABŞ hökumətini məhkəməyə verir

ABŞ-ın eks-prezidenti Donald Tramp Mar-a-Laqo basqını ilə əlaqədar Ədliyyə Departamentini məhkəməyə verməyi planlaşdırır.

BUTA.TV xəbər verir ki, o, 2022-ci ildə onun Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahına təşkil olunmuş reydə görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək. Onun vəkilləri bu addımın açıq siyasi izləmə olduğunu iddia edirlər.

Qeyd edək ki, 2022-ci il avqustun 8-də Federal Tədqiqatlar Bürosu Mar-a-Laqoya basqın təşkil edərək iqamətgahdan sənədləri götürüb. Basqından sonra Donald Tramp 37 ağır cinayətdə, o cümlədən milli müdafiə məlumatlarını qəsdən saxlamaqda, ədalətə mane olmaqda və yalan ifadələr verməkdə ittiham edilib. Lakin Tramp heç bir ittiham üzrə özünü təqsirli bilməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol