Tanınmış televiziya aparıcısı Xoşqədəm Hidayətqızı yenidən müzakirə obyektinə çevrilib. Aparıcının qayınanası ilə bağlı dediyi sözlər tənqidlə qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri bu mövqeyinə görə telejurnalisti qınayıblar. BUTA.TV xatırladır ki, Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evlidir. Bu nikahdan cütlüyün Arda və Arın adlı iki övladı var. Xoşqədəm həyat yoldaşı ilə Bakıda, qayınanası isə Türkiyədə yaşayır.mercedes
O, Doğuşun anasına qarşı soyuq münasibəti ilə tez-tez gündəmə gəlir. Dəfələrlə qayınanası Nurhəyat xanımın ünvanına səsləndirdiyi ittihamlarla yerli medianın gündəmi olub.
Xoşqədəmin qayınanası ilə soyuq münasibıəti Türkiyə ictimaiyyətinə də bəllidir. Bir müddət əvvəl türk saytları gəlin-qayınana qarşıdurmasına dair xəbərlər dərc etmişdilər.
Aparıcı ötən gün yenə qayınanası haqda danışıb:
"Mən Doğuş bəyin yerinə olsaydım, anamı qəbul edərdim? Yox... Dörd yaşımda məni atan, taleyin ümidinə buraxan, mənim üçün savaşmayan ananı əsla qəbul etməzdim. İndi o həyatı yaşayan Doğuş bəyin düşüncələrinə baxın... Bəlkə biz də onların yerində olanda belə düşünərdik".
Teleaparıcının bu mövqeyi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri aparıcını gənclərə pis nümunə olmaqda günahlandırıblar. Onlar Xoşqədəm Hidayətqızının ünvanına “Allah bağışlayandır, sən niyə bağışlamırsan? Sən Allahdan böyüksən?!”, “Həyat yoldaşının anası sənin anandır, ona hörmət etməyə borclusan”, “İndi gənclər səndən nə öyrənsin?” məzmunlu iradlar bildiriblər.
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?