Rusiyada yaşayan məşhur azərbaycanəsilli bloqer Hüseyn Həsənovun bu ilin yazında açdığı "BANDA FOODS" MMC-nin bağlanmasından sonra kuryer şirkəti məhkəmə yolu ilə ondan 573 min rubl (təxminən 11 min manat) məbləğində kompensasiya alıb
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. Qeyd olunur ki, Həsənovun şirkəti öz rollarını "ən brutal və fotogenik" kimi təqdim edirdi. Lakin 2024-cü ilin iyul ayında bloqer şirkəti bağladıqdan sonra rolları daşıyan "Dostavka 24" kuryer MMC-si bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərə görə 645 min rublun (təxminən 12.3 min manat) qaytarılmasını tələb edərək məhkəməyə müraciət edib.
Məhkəmə qərarına əsasən, Həsənov kuryer şirkətinə 573 min rubl ödəməli olub.
Ümumiyyətlə, vəkil xərcləri, dövlət rüsumu və digər xərclər daxil olmaqla Hüseyn Həsənov 700 min rubl (təxminən 13.4 min manat) ödəməli olub. Bu, bloqerin uğursuz biznes təşəbbüsünün acı nəticəsi olub.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi