Xəbər verdiyimiz kimi, avqustun 10-u gecə saatlarında Kürdəmir - Zərdab yolunda 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
“BUTA.TV”nun məlumatına görə, son 2-3 ildə bu yolda 10-dan artıq ölümlə nəticələnən yol qəzası baş verib ki, həmin hadisələrin də, demək olar, hamısında avtomobillər aşıb. Belə ki, təmir edildikdən sonra heç bir radarın quraşdırılmadığı və xəbərdarlıqedici işarələrin çox az olduğu bu yolda bir neçə təhlükəli sərt döngə mövcuddur. Nəzarətin zəifliyi isə sürücülərin burada nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsinə və tez-tez ağır qəzaların baş verməsinə səbəb olur.
Təxminən 10 kilometr məsafəli hissədə indiyədək çoxsaylı faciələr yaşanıb ki, onların bəzilərinin qurbanı tanınmış şəxslər və ya onların yaxın adamları olub. Belə ki, Vətən müharibəsi şəhidi olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın olduğu “Ford” markalı avtomobil burada aşıb. Həmin vaxt şəhidin xanımı ilə yanaşı sürücü də hadisə yerində vəfat edib.
Ötən ilin oktyabrında isə Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun da idarə etdiyi “Toyota Prado” markalı avtomobil bu ərazidə aşıb. Hadisə vaxtı Vətən müharibəsi şəhidi olan oğlu İsrafil İbrahimovun anım tədbirinə gedən ailə üzvlərindən şəhidin nənəsi vəfat edib. Avtomobildə olan digər şəxslər isə xəsarət alıb.
Ötən ilin avqustunda “Mitsubishi L200” markalı avtomobil yoldan çıxaraq kanala aşıb və 2 nəfər hadisə yerində boğularaq ölüb.
Bu ilin 8 aprel tarixində də qeyd edilən yolda ölümlə nəticələnən qəza baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri vəfat edib
.
Son olaraq 2 gün əvvəl baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən hadisə aidiyyəti qurumların bu yolla bağlı nəzarəti artırmalı və digər tədbirlər görməli olduğunu sübut edir.
Nizam Rzayev
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?