İran generalı Moskvaya səfər etdi

01:02 - 12 Avqust 2024 - GÜNDƏM

 İran generalı Moskvaya səfər etdi

İran Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib. Ona “Hatəm əl-Ənbiya” bazasının mərkəzi qərargahının koordinator müavini, briqada generalı Əli Şademani rəhbərlik edib.

BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti Rusiya Müdafiə Nazirliyinin dəvəti ilə “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunun açılış mərasimində iştirak etmək üçün Moskvaya gəlib.

Səfər çərçivəsində Şademani Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, həmçinin “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda təqdim olunan ən son hərbi texnologiyalarla tanış olacaq.

Bundan əlavə, briqada generalı digər ölkələrin yüksək rütbəli hərbi nümayəndə heyətləri ilə də görüşlər və məsləhətləşmələr keçirəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol