İtaliyada müşahidə edilən anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 14 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.
BUTA.TV xəbər verir ki, Səhiyyə Nazirliyi Roma, Bolzano, Breşia, Kampobasso, Florensiya, Frozinone, Genuya, Latina, Neapol, Palermo, Peruccia, Rieti, Verona və Viterbo şəhərlərində yüksək risk xəbərdarlığı edib.
Əhaliyə istilərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edən nazirlik vətəndaşları gün ərzində saat 11:00-18:00 arası yüksək temperatura məruz qalmamağa çağırıb.
Bazar ertəsi günündən başlayaraq çərşənbə axşamına qədər paytaxt Romada havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi regionlarda isə 45-48 dərəcəyə çatacağı gözlənilir.
Mütəxəssislər Mərkəzi-Cənubi Avropa üzərindəki antisiklondan qaynaqlanan anomal istilərin avqustun 15-dək davam edəcəyini bildiriblər.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video