“Trendyol” və “Temu” üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti ilə bağlı narazılıqlar artır.
Vətəndaşlar ya məhsulun fotodakı görüntüsündən fərqli formada çatdırılmasından, ya da qeyd olunan məlumatlar əsasında çatırdırılmamasından şikayətlənirlər. Onlayn ticarətdə bu kimi halların baş verməsinin səbəbləri nədir?
Mövzu ilə bağlı Konkret.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onlayn sifarişlər zamanı keyfiyyətsiz məhsulların artımındakı səbəb tələbin təklifi üstələməsidir:
“Vətəndaşların bu səpkili şikayətləri çoxalıb. Azad İstehlakçılar Birliyinə də şikayətlər daxil olur. Şikayətlər əsasən reklamda olan mal ilə göndərilənin fərqli olması, rəng və ölçü fərqlərinin müşahidə edilməsidir. Bunun əsas səbəbi isə son zamanlar onlayn ticarətə kütləvi axının baş verməsidir, belə olduqda tələb təklifi üstələyir”.
Ekspert düşünür ki, belə neqativ hallar əhalini onlayn ticarətdən soyuda bilər. Bu isə vətəndaşların klassik alış-veriş formalarına geridönüşünə səbəb ola bilər:
“Təəssüflər olsun ki, dövlət orqanlarına edilən şikayətlər də nəticəsiz qalır. Müvafiq orqanlar istehlakçıların hüquqlarını qorumaqda çətinlik çəkirlər. Çünki bu, məsafədən satışdır. Məsləhətim odur ki, istehlakçılar ödədikləri pulun qəbzini saxlasınlar. Məhsullar adətən metro çıxışlarında çatdırılma edilərək verilir. Bu zaman mala diqqətlə baxsınlar, iradları olduqları zaman malı dərhal geri qaytarsınlar”.
- Elman Paşayevin evindən külli miqdarda pul götürüldü
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video