Telefonun yanında yatmaq xərçəng yaradır - Xəbərdarlıq

22:40 - 10 Avqust 2024 - SAĞLAMLIQ

 Telefonun yanında yatmaq xərçəng yaradır - Xəbərdarlıq

Günbəgün həyatımızın önəmli hissəsinə çevrilən telefonlarımızdan ayrılıb yatağımıza gətirmək istəmirik. Hətta yuxuya gedəndə də yanımızda olan telefonlarımızın əslində bizə məlum olmayan zərərləri var. Bəs, yatarkən telefon nə qədər uzaq olmalıdır? Telefon şüa yayır?

Teleqraf.com-un verdiyi məlumata görə təkcə mobil telefonlar deyil, ümumiyyətlə elektron cihazlar orqanizmimiz üçün zərərlidir və xərçəng xəstəliyinə tutulma ehtimalını artırır. Avstraliyada aparılan elmi araşdırma nəticəsində məlum olub ki, telefonla yatmaq və smartfondan istifadə etmək kişilərdə sonsuzluğa səbəb olur.

Telefonla yatmaq beyin dalğalarına mənfi təsir edə və yuxunun keyfiyyətini azalda bilər. Bu isə uzun müddət yaddaş və konsentrasiya problemlərinə gətirib çıxarır. Ekrandan gələn mavi işıq isə yuxu rejimini poza bilir. Bu da öz növbəsində yuxu problemlərinə və xroniki yorğunluğa səbəb olur.

Yuxudan əvvəl telefon ekranlarına uzun müddət məruz qalmaq göz yorğunluğu, qırmızılıq və rəqəmsal göz yorğunluğu kimi problemlərə yol açır.

Telefonla yatmaq baş ağrısı və miqren riskini də artırır. Bu cür hallar maqnit dalğalarının və elektromaqnit sahəsinin beyinə təsiri nəticəsində baş verə bilər.

Telefonlar bakteriya və çirklərin toplanmasına yol aça bilər, bu da dəridə iltihablı yaralar kimi problemlərə yol açır.

Gecə saatlarında telefona baxmaq sosial media məzmunu və ya xəbərlərə görə stress və narahatlıq səviyyəsini də artırar.

Xülasə, telefonla yatmaq bir sıra sağlamlıq və təhlükəsizlik riskləri daşıyır. Telefonu yataq otağından çıxarmaq və ya uçuş rejiminə salmaq yuxunun keyfiyyəti, beyin fəaliyyəti və ümumi sağlamlıq baxımından daha yaxşı yuxu üçün vacib addımdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol