Tiktokda kredit verən “bank işçisi” saxlanıldı

09:36 - 10 Avqust 2024 - GÜNDƏM

 Tiktokda kredit verən “bank işçisi” saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluqda şübhəli bilinən Nicat Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, həmin şəxs Tiktok sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib. Vətəndaşa 1 600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönəldib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol