İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə iş aparan 8 norveçli diplomatın akkreditasiyasını ləğv edib.
BUTA.TV xəbər verir ki, bunu İsrail xarici işlər naziri İsrail Katz bildirib.
Onun sözlərinə görə, bu addım Fələstin dövlətinin tanınması və bu yaxınlarda Norveç hökumətinin yüksək rütbəli rəsmilərinin İsrail əleyhinə çıxışlarına cavab olaraq atılıb:
“Oslo da BCM-in (Beynəlxalaq Cinayət Məhkəməsi) bizə qarşı əsassız iddiasına qoşuldu. Norveçin Fələstin məsələsi ilə bağlı birtərəfli siyasəti var, buna görə də mən Norveçin İsraildəki səfirliyinin Fələstin administrasiyasında hər hansı təmsilçiliyinə son qoymağı tapşırmışam. Bizə hücum edənlər və bizə qarşı birtərəfli siyasət yürüdənlər öz bədəllərini ödəyəcəklər”, - Katz bildirib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Bildirilib ki, Norveç səfiri Qüdsdə Xarici İşlər Nazirliyinə çağırılıb və diplomatların akkreditasiyasının 7 gün, vizalarının isə 3 ay sonra ləğv ediləcəyi barədə məlumat verilib. İsrail onlara yeni akkreditasiya üçün İsraildəki səfirliyə müraciət etmək imkanı verib.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi