Ukrayna Kurskda son sutkada 400-ə qədər hərbi qulluqçu və 32 zirehli texnika, o cümlədən 1 tank, 4 zirehli transportyor, 3 piyada döyüş maşını və 24 “Kozak” zirehli döyüş maşını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə, Kursk istiqamətində hərbi əməliyyatlar başlayandan Ukraynanın itkiləri 660 hərbi qulluqçu və 82 zirehli texnika, o cümlədən 8 tank, 12 zirehli transportyor, 6 PDM, 55 zirehli döyüş maşını və 1 mühəndis sədd maşını təşkil edib”, - nazirlik bildirib.
Qeyd edək ki, Ukrayna ordusunun Kurska hücum edən bölmələrində cəmi 400 əsgərin olduğu haqda Rusiya Teleqram kanalları özü məlumat yaymışdı.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi