Cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt sanksiyalar tətbiq edilib.
Diqqətə çatdırılıb ki, konstruksiya dəyişikliyi edilmiş, dövlət qeydiyyat nişanları çıxarılmış, üzərində təhrikedici sloqanlar həkk olunmuş avtomobillərlə ictimai qaydanı kobud şəkildə pozan avtoxuliqanlar, bu azmış kimi törətdikləri əməlləri sosial şəbəkələrdə yayaraq dırnaqarası qəhrəmanlıqlarını təbliğ etməkdən çəkinmir, uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına zərbə vurduqlarının fərqinə varmırlar.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
“Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirməklə yanaşı, bir daha avtoxuliqanlığa meylli olan şəxslərə müraciət edərək onları cəmiyyət üçün təhlükəli olan davranışlardan çəkinməyə, gənc nəslə faydalı əməllərlə örnək olmağa çağırır”, - məlumatda vurğulanıb.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi