Burada söhbət dinc əhaliyə qarşı növbəti terror aktından gedir. Bu, açıq-aydın dinc əhaliyə, vətəndaşlara qarşı yönəlib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə lazım olan hər şey edilir:
“İstintaq Komitəmiz və hüquq-mühafizə orqanları bunu qiymətləndirəcək, sübutlar toplayacaq, lazımi tədbirlər görəcək ki, bütün bunları edənlər məhkəmə qarşına çıxsın və cinayətkarlar layiq olduqlarını alsınlar”.
Qeyd edək ki, Ukrayna ordusu ötən gün Kursk vilayətinə hücum edib. Ukrayna mediası hücum edənlərin Rusiyanın Azadlığı Legionu olduğunu bildirib.
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı