Hər şey Bolqarıstanda həll olunacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludoqorets” komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Qarabağ”ı (2:1) məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, hər iki topun “Qarabağ”ın boşluq yaratdığı zonalardan vurulduğunu bildirib:
“Rəqib hücumda daha çox olurdu. Buna görə də boşluqlar yaratdılar. Futbolçularım da bundan yaxşı istifadə etməyi bacardılar”.
Mütəxəssis cavab matçında iki futbolçularının olmamasının komandaya mənfi təsir edəcəyini söyləyib:
“Təəssüf ki, iki oyunçumuzu itirdik. Amma biz ruhdan düşmürük. Onları əvəzləyəcək futbolçular var”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı