Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Şevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.
DİN-nin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.
Araşdırma aparılır.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video