Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 380-ə yaxın şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Polis Rəisləri Şurasının rəhbəri Gavin Stevens bildirib.
O vurğulayıb ki, polis vətəndaşların təhlükəsizliyini qorumaq üçün mümkün olan hər şeyi edir.
“Bu, lazımsız zorakılıqdır və biz Vətəndaşlara Məsləhət Bürosu və kitabxana kimi mühüm icma mərkəzlərinin tamamilə məhv edildiyini gördük", - deyə Stevens söyləyib.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video