Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Banqladeşdə baş verən son hadisələrlə bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda Türkiyənin Banqladeşdə baş verənləri yaxından izlədiyi vurğulanıb.
“Nümayişlər zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Ümid edirik ki, qurulacaq müvəqqəti hökumət ölkəni konstitusiyaya uyğun şəkildə seçkilərə aparacaq və bu səsvermə qardaş Banqladeşin demokratiyasına, sülh və sabitliyinə töhfə verəcək”, - Türkiyə XİN bildirib.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video