Meksikalı jurnalist Alexandro Martines Noges Quanaxuato ştatında naməlum şəxslər tərəfindən güllələnib, onu mühafizə edən iki polis əməkdaşı yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “El Universal” nəşri məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər silahlarla jurnalistin və onu qorumaq üçün təyin olunmuş iki polis əməkdaşının getdiyi avtomobilə atəş açıb:
“Təəssüf ki, bu hücum nəticəsində müxbir Alexandro xəstəxanada dünyasını dəyişib”.
Qeyd edək ki, Alexandro Martines Quanaxuatoda tanınmış jurnalist idi. 2022-ci ilin noyabrında naməlum şəxslər artıq onu öldürməyə cəhd ediblər. Onun evinə silahlı şəxslər daxil olub, lakin jurnalisti güllədən yayına bilib. Martinesə o vaxtdan mühafizə təyin edilmişdi.
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?