Canlıların kütləvi şəkildə tələf olması Xəzərin bütün hövzələrində müşahidə edilir.
BUTA.TV-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Qazaxıstanda xırda balıqların və xərçənglərin kütləvi tələf olmasından sonra aparılan araşdırma ilə müəyyən edilib ki, canlıların ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.
Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, zəhərli maddələrin suya atılması canlıların kütləvi məhvinə səbəb ola bilər.
Səid Səfərovun sözlərinə görə, dəniz canlılarının ölməsinin bir çox səbəbi var. Dayaz yerlərdə temperatur həddindən artıq artdığı üçün oksigen çatışmazlığı ilə əlaqədar suda yaşayan canlılar tələf olurlar.
Qeyd edək ki, Xəzərdə canlıların kütləvi ölümü ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada elmi araşdırmalar aparılır.
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?