Rusiyanın Rostov vilayətinin Azov şəhərində güclü yanğın baş verib.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, otluq ərazidə başlayan yanğın tullantılar olan əraziyə, daha sonra sənaye zonasına, oradan da avtoşinlərin saxlanıldığı anbara keçib.
Bildirilib ki, yanğının söndürülməsinə 90 yanğınsöndürən və 27 texniki vasitə cəlb edilib.
Alovların yanacaq və sürtkü materialları olan anbara da keçmə təhlükəsi var.
Yanğının sahəsi 5 min kv.m təşkil edir.
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?