Ermənistanla Azərbaycan arasında bəzi ilkin razılaşmalar var. İlkin mərhələdə hansısa özəl beynəlxalq təşkilat dəhliz deyilən kommunikasiya xəttinə nəzarət etməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri “APRI Armenia” analitik mərkəzinin analitiki Sergey Melkonyan “Azadlıq” radiosunun erməni xidmətinə (ingilisdilli) bildirib.
“Ona (Zəngəzur dəhlizinə) dəhliz deyilməyəcək, amma İranda oranın dəhliz olacağını çox yaxşı başa düşürlər.
Əvvəlcə hansısa beynəlxalq özəl şirkət ora (Zəngəzur dəhlizinə) nəzarət edəcək. Sonra birgə nəzarət həyata keçiriləcək. Azərbaycan yavaş-yavaş (etnik azərbaycanlıların) ora (yəni Zəngəzura) köçürülməsini həyata keçirəcək və İran Ermənistanla sərhədini itirəcək”, – deyə Melkonyan Zəngəzur dəhlizi ilə bağlı Xamneinin bəyanatını şərh edərkən bildirib.
Xamenei Nikol Paşinyanla görüşündə deyib: “İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır”.
Mətni tərcümə və təqdim edən jurnalist Elbəyi Həsənli qeyd edib ki, erməni siyasi analitiklər Zəngəzur dəhlizi məsələsində tərəflər arasında ilkin razılaşmanın olduğunu bildirirlər:
“Yeri gəlmişkən, bugünlərdə cənab Ərdoğan demişdi ki, Zəngəzur dəhlizinin açılması prosesin müsbət sonluqla bitməsi üçün “son addım olacaq”.
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?