Haniyənin öldürülüməsi ilə bağlı maraqlı iddia səsləndirilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun rus versiyası məlumat yayıb.
“Təsdiqlənməmiş məlumatlara görə, əməliyyatın təşkilatçılarına Haniyənin yeri barədə məlumat Ermənistan nümayəndə heyəti ilə fələstinlilərin arasında mesencer yazışmaları vasitəsilə çata bilərdi: guya tərəflər Tehrana gələn Ermənistanın Baş naziri Nikol Paşinyanla Fələstin nümayəndələri arasında görüş barədə razılığa gəliblər. Amma bu versiya üçün heç bir real sübut yoxdur”, - deyə qeyd olunub.
Qeyd edək ki, səsləndirilmiş versiya ilə bağlı Ermənistan tərəfi hələlik açıqlama verməyib.
Xatırladaq ki, Haniyə İranın yeni Prezidenti Pezeşkianın 30 iyulda baş tutan andiçmə mərasimindən sonra Tehranda yerləşdiyi binaya zərbə endirilməsi nəticəsində ölüb.
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi