Bu, tarixi bir məqamdır, tikintini sürətləndirmək üçün gecə-gündüz işləyəcəyik.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycanın xalq artisti, iş adamı Emin Ağalarov Xəzərdə “Caspian Dream Liner” (Kaspian Drim Layner) otelinin tikinti ilə bağlı paylaşımında qeyd edib.
O bildirib ki, otelin təməli qurulur və tezliklə “Caspian Dream Liner” tikiləcək.
Qeyd edək ki, “Caspian Dream Liner” üç il ərzində “Sea Breeze Resort” kompleksinin ərazisində birbaşa dənizdə inşa ediləcək gəmi formasında yeni daşınmaz əmlak layihəsidir.
Dubaydakı “Bürc əl-Ərəb” otelinin analoqu adlandırılan layihənin ümumi sahəsi 60 min kvadratmetr olacaq. İş adamı tikintiyə sərmayələri 230-250 milyon dollar dəyərində qiymətləndirir.
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi