Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə beynəlxalq aləmdə sülh və sabitliyə töhfə verməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altunun Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi barədə mətbuata açıqlamasında bildirilib.
“Ölkəmiz diplomatik imkanlarını müxtəlif aktorlarla səmərəli əməkdaşlıq yolu ilə sülh və sabitliyə xidmətdə istifadə edir. Dünən 7 fərqli ölkədən 26 nəfərin dəyişdirilməsi ilə son dövrlərin ən geniş məhbus mübadiləsi əməliyyatını reallaşdıran Türkiyənin bu çox həssas danışıqların idarə olunmasında göstərdiyi ciddilik bölgədəki bütün problemlərin həlli üçün nümunədir. Türkiyə kəşfiyyatı qlobal miqyasda rəqabətli və qarşılıqlı düşmən münasibəti bəsləyən qüvvələr arasında əlaqə tələb edən bu tarixi əməliyyat üçün dialoq və vasitəçilik kanalları yaratdı. Bununla ölkəmiz müxtəlif tərəflərlə iş aparan etibarlı tərəfdaş olduğunu bir daha göstərdi”, - F.Altun vurğulayıb.
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi