Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa satılıb.
Novxanıda yerləşən saray 6 milyon manatdan baha satılıb. Onu alan şəxs sözügedən malikanəni otel kimi istifadəyə verməyə hazırlaşır. Qeyd edək ki, bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazini əhatə edir. 1500 kvadrat metr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə gözoxşayır.
Xatırladaq ki, villanın əvvəlki sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini bildirmişdi.\Titul.az
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi
- Sabahın hava proqnozu açıqlandı
- Bu prospektdəki tuneldən yağış suları çəkildi - Video
- Bu yolda yağışın fəsadlıarı aradan qaldırıldı - Video