Bakıda sürücü avtomobili təhlükəli halda idarə edərək sosial şəbəkə hesabında paylaşıb.
BUTA.TV-ın Avtosfer.az-a istinadən məlumatına görə, hadisə bir neçə gün əvvəl Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, 01-CO-315 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sərnişinləri maşının ön hissəsində otuzduraraq idarə edib. "Şou" göstərən sürücü və ondan geri qalmayan sərnişinlər yolboyu təhlükəli hərəkətlər edərək qəza riski yaradıblar. Hətta sərnişinlərdən biri avtomobil hərəkətdə olan zaman kapotun üzərindən yıxılıb.
Həmin görüntüləri təqdim edirik:
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto
- Bu yolda sürət həddi endirildi