İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və İranın Ali İqtisadi Koordinasiya Şurasının katibi Möhsün Rzayinin estetik əməliyyat etdirdiyi məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Həmşəhri” qəzeti məlumat yayıb.
Qəzet bir müddət əvvəl adıçəkilən şəxslərin üzlərindəki şişkinlik və dəyişikliyin bununla bağlı olduğunu yazıb.
“Üzlərindəki dəyişikliklərin səbəbi inyeksiya edilən maddələrin istifadəsi ola bilər”, - qəzet mütəxəssislərə istinadən bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Mahmud Əhmədinejad və Möhsün Rzayinin sifətlərinin qeyri-adi vəziyyətə düşməsi ilə bağlı fotolar yayılmış, bu, onların ağır xəstə olduqları ilə əlaqələndirilmişdi.
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto
- Bu yolda sürət həddi endirildi