Belarus Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirak edəcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycana, xüsusən də işğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyev ilə birgə səfərini xoş təəssüratla xatırlayır:
“Şuşada ona dedim: Siz cənnətdə yaşayırsız. Mən heç yerdə belə gözəlliklə rastlaşmamışam. Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız. İstiqamətləri müəyyən etdiyimiz bu işlərdə məmnuniyyətlə iştirak edəcəyik. Heç bir maneə yoxdur”.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto