İyunun 11-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Gədəbəydə 10 mm, Şəmkirdə 8 mm, Şahdağda 4 mm, Şəkidə 3 mm, Qusar, Qrızda 2 mm, İsmayıllı, Daşkəsən, Tovuz, Göygöl, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Biləsuvar, Lerik, Qrızda duman müşahidə olunub.
Qərb küləyi arabir Göygöl, Daşkəsəndə 20 m/s, Astara, Lerikdə16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26-30, Naxçıvan MR-da 27-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 16-20 dərəcə isti olub.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto