Ermənistanda yeni hökumətin formalaşdırılması üçün müxalifət və Rusiya tandemdə işləyir, bu, heç kimə sirr deyil.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Biz hər tərəfdən zərbələr alırıq. Bu gün bütün elita, oliqarxiya, kilsə, Daşnaksütyun bizə qarşı çıxıb. Bizi yalnız Ermənistan xalqı dəstəkləyir. Siz də bilirsiniz ki, biz xalq tərəfindən dəstəklənirik”, - Simonyan bildirib.
Erməni spiker Rusiya tərəfindən aldadıldıqlarını vurğulayıb:
“Rusiya hakimiyyəti Ermənistanı və erməni xalqını atdı, bizi aldatdı. Rusiyaya məsləhət görərdim ki, 2020-ci ildən sonrakı hərəkətlərinə baxsın. Ermənistan özünü həmişə sadiq tərəfdaş kimi aparıb. Ermənistan uşaq sadəlövhlüyü ilə inanıb və ümid edib ki, Rusiyanın onu tək qoymayacaq, onu tərk etməyəcək”.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto