Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumətlərarası Komissiyasının IX iclasının Şuşada keçirilməsi planlaşdırılır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanla BƏƏ arasında əlaqələr çoxşaxəli və dinamikdir:
"Ölkələrimiz arasında ticarət dövriyyəsi 15 faizdən çox artıb.Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bu əlaqələrin inkişafında Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının rolu böyükdür. Hər iki komissiya əlaqələrin inkişafına töhvə verən mühüm platformadır. Komissiyanın növbəti 9-cu iclasını Şuşada keçirməyi planlaşdırırıq".
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto