Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Avropa Birliyi və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfi ilə danışıqlar aparır.
Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir.
Bu, AB-nin enerji resurslarından imtina etməyə çalışdığı Rusiya Federasiyasının özündən qaz almaq imkanını aradan qaldırır. Ukrayna ərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının bunu Kiyevin iqtisadiyyatını qorumaq amillərdən biri hesab etməsi ilə bağlıdır.
Bundan əlavə, Avropa rəsmiləri boru kəmərlərinin fəaliyyətsiz qalacağı təqdirdə yararsız hala düşə və ya hərbi hədəfə çevrilə biləcəyindən ehtiyat edirlər.
Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun agentliyə verdiyi məlumata görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir. Eyni zamanda, o, Ukraynanın Rusiyanın “Qazprom”u ilə təmasları nəzərdə tutan tranzitin uzadılması üçün AB layihələrində iştirakını istisna edib.
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video
- 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
- Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi qlobal səhnədə
- “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto