Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı hərbçinin sərhədi keçməsinə dair məlumatın olmadığını bildirib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə xidmətdən Azadlıq Radiosunun erməni xidmətinə məlumat verilib.
Ermənistan MTX həmçinin yeni informasiya olacağı halda məlumat verəcəklərini bildirib.
Qeyd edək ki, iyunun 9-da Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonunun Günnüt kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbçi qulluqçusu Ceyhun Tofiq oğlu Hüseynovun naməlum şəraitdə itkin düşdüyünü açıqlayıb. “Sputnik Ermənistan” isə bu gün Azərbaycan hərbçisinin Ermənistana keçdiyini iddia edib. Agentlik hərbçimizin Dərələyəzin Areni kəndi yaxınlığında saxlanıldığını bildirib.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video