Qazaxıstan Xarici İşlər Nazirliyi hələlik ölkənin İsveçrədə Ukrayna sammitində mümkün iştirakı ilə bağlı məlumat açıqlaya bilmir.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə deyib.
“Qazaxıstanın İsveçrədə Ukrayna ilə bağlı iclasda iştirakı ilə əlaqədar hələlik məlumat yoxdur”, - o bildirib.
Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukraynada hərbi əməliyyatlara son qoyulması üzrə sammit keçiriləcək. Sammitə 160 ölkədən və beynəlxalq birliklərdən nümayəndə heyətləri dəvət olunub.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video