Xəbər verdiyimiz kimi, erməni mediası ötən gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən Ordumuzun əsgəri Ceyhun Hüseynovun Ermənistanın Dərələyəz mahalının Areni kəndində saxlanıldığı haqda məlumat yayıb.
BUTA.TV xəbər verir ki, ermənilərin hazırda “Areni” adlandırdığı kənd Naxçıvanla düz sərhəddə - 1,5 km-likdə yerləşən tarixi Azərbaycan kəndi Arpadır. Keşişkənd rayonun ərazisində, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır.
Ermənistan Arpa kəndinin adını Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il fərmanı ilə dəyişdirilib, Areni qoyulmuşdur.
Qeyd edək ki, əsgərimizin saxlanıldığı barədə Ermənistan MN rəsmi açıqlama verməyib.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video