Ukrayna Silahlı Qüvvələrinin sıralarında 67 mindən çox qadın xidmət edir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Nataliya Kalmıkova məlumat verib.
“Bizdə qadınların məcburi səfərbərliyi nəzərdə tutulmur. Hazırda Ukrayna Silahlı Qüvvələrində 67 mindən çox qadın xidmət edir ki, onlardan 19 mini mülki işçilər, qalanları isə hərbçilərdir”, - Kalmıkova bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, əvvəllər ölkədə hərbi xidmət müqaviləsi qadınlarla 18 yaşdan 40 yaşa qədər bağlana bilərdisə, indi kişilər üçün müəyyən edildiyi kimi 18-60 yaş arasındadır.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video