Xəbər verdiyimiz kimi, İsrail ordusunun 4 girovun azad edilməsi ilə nəticələnən məxfi əməliyyatın təfərrüatı məlum olub.
BUTA.TV xəbər verir ki, girovların azad edilməsi əməliyyatında İsrail ordusu ilə yanaşı ŞABAK və YAMAM xüsusi təyinatlı təhlükəsizlik qüvvələri də iştirak edib.
Xilasetmə əməliyyatı İsrail ordusunun həlak olan komandiri Arnon Zamoranın adını daşıyıb.
Bildirilib ki, əməliyyat eyni anda iki istiqamətdə girovların saxlanıldığı Nuseyratda keçirilib.
Girovların təxliyəsi zamanı HƏMAS döyüşçüləri israilli hərbçilərə qumbaraatanlardan atəş açıblar. Hətta xilasetmə maşını sıradan çıxıb.
Hadisə yerində gərgin döyüş gedib, hətta 100-ə yaxın terrorçu məhv edilib.
Girovlardan biri Noa Armaqani bildirib ki, onu bütün dünyanın Qəzzadan olasn varlı ailənin evində saxlayırdılar. Halbuki bütün dünya onları Qəzzadan olan mülki sakin kimi tanıyır, humanitar yardım göndərirdilər.
Əməliyyat nəticəsində Noa Armaqani, Almo Meir, Andrey Kozlov və Şlomi Ziv azad olunub. Onlar ötən il oktyabrın 7-də HƏMAS-ən hücumu nəticəsində girov götürülmüşdülər.
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
- Küləkli hava nə vaxtadək davam edəcək?
- WUF13: Bir sıra şəhərlərində tədbirlər təşkil olunacaq - Video