Ukrayna Silahlı Qüvvələri gün ərzində Belqorod vilayətinin yeddi rayonuna, eləcə də Belqorod şəhərinə ümumilikdə 143 döyüş sursatı atıb.
BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Şebekinski şəhər dairəsində hücum nəticəsində 8 fərdi təsərrüfat, 2 avtomobil, 2 kənd təsərrüfatı anbarı və elektrik xətləri vurulub.
Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 24 saat ərzində bölgədə ümumilikdə 19 fərdi yaşayış evi, iki yaşayış binasında mənzil və 25 avtomobilə ziyan dəyib. Qrayvoronski şəhər rayonunda inzibati binaya, Belqorod vilayətində inzibati bina və məbədə ziyan dəyib. Həmçinin Belqorod vilayətində elektrik xətləri sıradan çıxıb, bir çox kənddə elektrik enerjisi kəsilib.
Qeyd edilir ki, Ukrayna əsasən PUA-larla hücum edib.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir