Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlham Quliyevadan aldığı hədiyyədən danışıb.
BUTA.TV Axsam.az-a istinadən xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "Günaydın, Azərbaycan" verilişində deyib. Xoşqədəm İ.Quliyevanın ona brilyant boyunbağı hədiyyə etdiyini, lakin saxta çıxdığını vurğulayıb:
"Ad günüm günü idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha o boyunbağını boğazımdan çıxartmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Eləmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də ki, brilyantdır. Bu bijuteriyadır. Bəlkə onun özünü də aldadıblar, deyə bilmərəm. Amma ilk aldığım brilyant hədiyyə idi, o da saxta çıxdı. Özüm hədiyyə edəndə adıma layiq edirəm. Hədiyyəni sevirəm. Xüsusilə ad günlərimdə gözləyirəm".
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir