İsrail Nuseyratda HƏMAS əsirliyindən 4 girovu azad edib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, azad edilən 24 yaşlı Noa Arqamani, 21 yaşlı Meir Yan, 27 yaşlı Andrey Kozlov və 40 yaşlı Şlomi Ziv ötən il oktyabrın 7-də "Nova" musiqi festivalından HƏMAS silahlıları tərəfindən qaçırılıb:
"Onların vəziyyəti yaxşıdır və növbəti tibbi müayinə üçün Tel Haşomerdəki "Şiba" tibb mərkəzinə köçürülüblər.
Təhlükəsizlik qüvvələri girovların azad olunması üçün hər cür səy göstərməyə davam edəcək".
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir