Bu gün Türkiyənin azərbaycanlı astronavtı Tuva Cahangir Atasevər ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçur.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, missiya zamanı o, üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TEKNOFEST festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə bayrağı və Azərbaycan bayrağı ilə başlayır.
Təxminən bir saat yarım davam edəcək uçuş ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən TEKNOFEST–də Türkiyənin ilk astronavtlarının Alper Gezeravcı və Tuva Cahangir Atasevər olacağını elan edib. Onlar 36 min namizədin arasından seçilib.
Astronavtlar - Alpər Gezəravcı ve Tuva Cahangir Atasevər bir ildən çox NASA-da sıx təlim proqramından keçiblər.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir