NASA-nın "Apollo-8" missiyasında yer alan keçmiş astronavt Uilyam Anders təyyarə qəzasında həyatını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, Andersə aid köhnə model təyyarə Sitl şəhəri yaxınlığındakı San Juan adaları sahillərində suya düşərək, batıb.
Andersin oğlu Greg Anders 90 yaşlı atasının həyatını itirdiyini təsdiqləyib.
Xatırladaq ki, NASA-nın 1961-ci ildə həyata keçirilən "Apollo-8" missiyası ayın yerdən görünməyən tərəfinə baş tutmuş ilk layihə olub. Ekipaj Ay-a enmədən orbit ətrafında 10 dəfə fırlanıb, ardınca sağ-salamat Yerə qayıdıb. Andersin bu missiya zamanı çəkdiyi “Yer kürəsi” adlı ikonik fotoşəkil Yerin kosmosdan çəkilmiş ilk fotoşəkili kimi tarixə düşüb.
- Bu gün Zərifə Əliyevanın doğum günüdür
- Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - Foto
- Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı
- Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
- Sürücülərin diqqətinə: mayın 15-dək...
- "Ulduz"un qarşısında nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Ölkədə faktiki hava açıqlandı
- ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir